Ölkəmiz 44 günlük Vətən müharibəsində böyük zəfərə imza atdı. Azərbaycan dünyada bənzəri olmayan möhtəşəm bir qələbə əldə etdi. Ordumuz 30 il düşmən tapdağı altında qalan 20 faiz ərazimizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni faşistlərindən azad etdi. Bu müqəddəs savaşda üç minə yaxın qəhrəman Azərbaycan övladı şəhidlik zirvəsinə yüksəldi, xeyli vətən övladı qazi olaraq müharibəni başa vurdu. Mənfur düşmən nəticə olaraq Azərbaycan ordusunun şücaəti, qəhrəmanlığı qarşısında tab gətirməyib kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bir sözlə, Dəmir Yumruq düşmənin başında" partladı ." Müharibə möhtəşəm qələbəmizlə başa çatsa da, arxayınçılığa yol vermək olmazdı. İndi mübarizəni döyüş meydanından, siyasi arenaya çəkməyin vaxtı gəlmişdi. Azərbayacan Prezidenti ağır müharibə aparmış, yaşayış məntəqələri mənfur düşmən tərəfindən dağıdılmış, pandimiyadan əziyyət çəkmiş ölkəmizdə bərpa quruculuq işlərinə, bu illər ərzində geriləmiş iqtisadiyyatı dirçəltməyə yönəldilmiş addımlarla bərabər siyasi meydanda da yorulmadan, çox ciddi şəkildə mübarizəsini davam etdirmişdir. Ölkə Başçısı bütün görüşlərdə müxtəlif siyasi manevrlər etməyə çalışan Ermənistan və onun havadarlarına tutarlı cavablar verməklə, onları susmağa məcbur edir. 31 oktyabr 2022 - ci il tarixdə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi məqsədilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan - Ermənistan - Rusiyanın dövlət Başçılarının növbəti üçtərəfli görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev söhbəti Qarabağ mövzusuna yönəltməyə çalışan Rusiya prezidentinə qısa və lakonik şəkildə bildirmişdir ki , Artıq "Qarabağ problemi "deyilən bir problem mövcud deyil . Biz bu problemi artıq iki il bundan öncə həll etmişik . İndi yalnız Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh prosesindən danışmaq lazımır. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəzi sərsəm fikirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tutarlı və təkzibolunmaz arqumentləri ilə qarşılanıb. Burada da qeyd olunub ki, Ermənistan üstündən iki il keçməsinə baxmayaraq demək olar ki, 10 noyabr bəyanatının heç bir bəndinə əməl etməyib. Bu çür yanaşmalar sülh prosesinin ləngiməsinə, bölgədə gərgin atmosferin davam etməsinə, sabitliyin pozulmasına gətirib çıxarır. Belə bir vəziyyətin davam etməsi, hamıdan çox Ermənistanın özünə böyük zərər vurur. Bölgədə sülhün əldə edilməsi həm qonşu ölkələrin, həm də burada açılmış dəhlizlərdən istifadə edəcək digər ölkələrin iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir. Soçi görüşündə Azərbaycan - Ermənistan münasibətlərində ciddi bir irəliləyiş olmasa da, bu görüşün nəticəsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daha bir qələbəsi idi. Ona görə ki, Azərbaycan Prezidenti açıq şəkildə qeyd etdi ki, artıq Qrabağ münaqişəsi deyilən bir problem yoxdur və onunla heç kəs güc ritorikası ilə danışa bilməz. Bu görüş adama hələ Vətən müharibəsindən əvvəl Prezident İlham Əliyevin Valdayda yüksək tribunadan səsləndirdiyi fikirləri xatırladır. O vaxtlar işi - gücü təlxəklik olan Nikol Paşinyan İlham Əliyevin olmadığı bir yerdə demişdi ki, Qarabağ - Ermənistandır və nöqtə. Ancaq cənab İlham Əliyev təlxək Paşinyanın üzünə qarşı dedi ki, Qarabağ - Azərbaycandır və nida. Zaman göstərdi ki, Azərbaycan Prezidenti sözünü tutan, sözünün ağası olan müdrik şəxsiyyət və siyasi liderdir. Çünki, o, attdığı hər bir addımı özünün dəmir məntiqinə güvənərək atır. Onun siyasi zəkasının qarşısında hər kəs acizdir. Qarabağ Azərbaycandır! Ələddin Əhmədov,Xocalı rayonundan məcburi köçkün